Zəfərin yolu
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Zəngilan rayonunun azad edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini işıqlandırıb.
Ukraynanın nüfuzlu “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinadla Zəngilan şəhəri daxil olmaqla rayonun 6 və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin...
Misir saytları Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətində Zəngilan şəhəri və ətraf kəndlərin erməni işğalından azad edildiyi barədə bəyanatını yayıb.
“Egyptonline”, “Alwasela”, “Rayetmisr”, “Aldiplomasy” informasiya portalları dövlətimizin başçısının aşağıdakı sözlərini sitat gətirib: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi,...
Prezident İlham Əliyevin oktyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılıb.
Anadolu agentliyi, TRT Haber, TGRT, A Haber, Haber Global və digər telekanallar, eləcə də media portalları müraciəti canlı yayımla dünya ictimaiyyətinə çatdırıblar.
Prezident İlham Əliyevin çıxışındakı mühüm məqamlar, önəmli mesajlar ayrı-ayrı başlıqlarla yazılı şəkildə ekranlarda əksini tapıb.
Misirin nüfuzlu “Əl-Əhram” qəzeti, “Youm7” və “Dostor” informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsindən sitatları yayıb.
Xəbərlərdə qeyd olunur ki, Azərbaycanın dövlət başçısı işğalçı Ermənistanın humanitar atəşkəs rejimini pozduğunu, eyni zamanda, Gəncə şəhərinə iki dəfə raket hücumu etdiyini bildirib. Prezident İlham Əliyev mülki insanların hədəfə alınmasını alçaq cinayət adlandıraraq deyib: “…Əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi...
Moldova mətbuatında Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri dərc edilib. Eyni zamanda Ermənistanın baş naziri ilə bağlı tənqidi məqalə də dərc edilib.
“NOİ.md” informasiya portalında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin sözlərinə istinadla Azərbaycanda heç bir terrorçunun vuruşmadığı qeyd edilir.
“Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni...