Zəfərin yolu
2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev.
Ölkənizin dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.
Mən qətiyyətlə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.
Dünya...
TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Qardaş Azərbaycan xalqına qarşı təcavüzkarlıq aktlarından dərin kədər hissi duyur, münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasını, haqq-ədalətin öz yerini taparaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini arzulayıram.
Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ölkənin bu çətin günlərində...
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Sali Berişa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Artıq bir həftədir ki, biz çox sayda insanın həlak olması və yaralanmasına səbəb olan silahlı münaqişəni izləyirik. Bu münaqişənin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlıdır. Beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilər də daxil olmaqla, Azərbaycanın ərazi...
2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yadranka Kosor Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Biz hazırkı vəziyyəti böyük narahatlıqla izləyirik. Bütün dünyanın ölümcül COVID-19-a qarşı mübarizə apardığı bir vaxtda uşaqların qətlə yetirilməsi və şəhərlərin dağıdılmasına heç nə ilə haqq qazandırmaq olmaz. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Biz BMT və digər beynəlxalq təşkilatları daha...
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciya Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Biz Balkan yarımadasında, xüsusilə də Bosniya və Herseqovinada müharibənin nə olduğunu, ölkənizin bu gün yaşadıqlarını yaxşı anlayırıq. Bu ağrı-acının keçməsi bir müddət vaxt aparacaq.
Siz ölkənizi uğurla müdafiə...