12
Oktyabr

12 Oktyabr

Diplomatik təmaslar

Xorvatiyanın sabiq Baş Naziri Prezidentə məktub göndərib

2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yadranka Kosor Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Biz hazırkı vəziyyəti böyük narahatlıqla izləyirik. Bütün dünyanın ölümcül COVID-19-a qarşı mübarizə apardığı bir vaxtda uşaqların qətlə yetirilməsi və şəhərlərin dağıdılmasına heç nə ilə haqq qazandırmaq olmaz. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Biz BMT və digər beynəlxalq təşkilatları daha fəal olmağa, həmçinin öz üzərilərinə götürdükləri öhdəlikləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrini dərhal yerinə yetirməyə çağırırıq.

Cənab Prezident, həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüquq normalarının təşviqi istiqamətində çalışdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq statusuna göstərdiyiniz bütün dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Məhz bu dəstək sayəsində mərkəzimiz etibarlı və nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Hörmətlə,

Yadranka Kosor

2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü."

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.