12
Oktyabr

12 Oktyabr

Diplomatik təmaslar

Qırğızıstanın sabiq naziri Comart Otorbayev Prezident İlham Əliyevə məktub ünvanlayıb

2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev.

Ölkənizin dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.

Mən qətiyyətlə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.

Dünya birliyi 30 ildir ki, Azərbaycan ərazisinin işğalı problemini həll edə bilmir.

BMT öz nüfuzunu qorumaq üçün məsələyə müdaxilə etməli və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirməlidir.

Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadırlar.

Hörmətlə,

Comart Otorbayev

2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri."

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.