04
Oktyabr

4 Oktyabr

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!

04
Oktyabr

4 Oktyabr

Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirir

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının (PUA) vurulması və bu tipli digər feyk xəbərlər, müxtəlif dezinformasiyalar yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant...

04
Oktyabr

4 Oktyabr

Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib

Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Düşmənin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Həmin alayın bir neçə bölməsinin...

04
Oktyabr

4 Oktyabr

Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad edib

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndləri işğaldan azad edilib.

Döyüş əməliyyatları davam edir.