05
Oktyabr

5 Oktyabr

Düşmənin daha 3 tankı məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin daha üç tankının məhv edilməsi ilə bağlı məlumat yayıb.

Bildirib ki,tanklar Ermənistan silahlı qüvvələrinin 63-cü tank taboruna aiddir.


05
Oktyabr

5 Oktyabr

Ermənistan ordusunun 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

05
Oktyabr

5 Oktyabr

Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

Alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıblar.

05
Oktyabr

5 Oktyabr

Azərbaycan ordusu Cəbrayıl rayonunun 3 kəndini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik işğaldan azad edilib.

Döyüş əməliyyatları davam edir.