01
Oktyabr

1 Oktyabr

Cəbhə xəbərləri

Ermənistan ordusu təminat baxımından ciddi problemlərlə üzləşir

Ermənistan hərbi birləşmələri Azərbaycan Ordusu bölmələrinin hücumlarının təzyiqləri altında bütün cəbhəboyu ağır itkilər verir.

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun hərbi birləşmələrinin öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşdiyi məlum olub.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.