01
Oktyabr

1 Oktyabr

Cəbhə xəbərləri

Ermənistan ordusunun artilleriya qurğuları məhv edilib

Təqdim etdiyimiz videoda düşmənin artilleriya qurğularının Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi ilə məhv edilməsi əks olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.