09
Oktyabr

9 Oktyabr

Yerli media

Erməni təcavüzü nəticəsində 14 yaşlı yeniyetmənin həlak olduğu kənd (Report)

Təcavüzkar Ermənistan dinc əhaliyə qarşı terror əməlləri həyata keçirib.

Üç bacının bir qardaşı olan 14 yaşlı Fərid kənd ərazisində yeməkxanada əmisi ilə birgə yemək yeyən zaman düşmən mərmisinə tuş gəlib. Yeməkxanaya mərminin düşməsi nəticəsində Fərid İsgəndərov dağıntılar altında qalaraq həlak olub. Fəridin ailə üzvləri bu hadisəni erməni təcavüzü, erməni terroru adlandırırlar.

Fəridin valideynləri övladlarının bütün arzularının yarıda qaldığını söyləyiblər.

Düşməndən qorxmadıqlarını söyləyən Taynaq kənd sakinləri səngərdə dayanan əsgərlərimizə güvəndiklərini bildirdilər.

Qeyd edək ki, faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.