09
Oktyabr

9 Oktyabr

Yerli media

Svante Kornell: Almaniya XİN-in bəyanatı Qarabağ münaqişəsinin mahiyyətini dərk etməmənin nəticəsidir (Trend)

Almaniya Xarici İşlər nazirinin bəyanatı beynəlxalq ictimaiyyətin son otuz ildə Dağlıq Qarabağ münaqişəsinə münasibətini əks etdirir.

Bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.

O bildirib ki, nazirliyin bu bəyanatı təəccüb doğurmur:

“Çünki, bu dünya ictimaiyyətinin son otuz il ərzində mövqeyini əks etdirir. Bunu yalnız belə xülasə etmək olar: münaqişəni həll etmək deyil, xoşagəlməzlikdən qaçmaq niyyəti. Digər sözlə, münaqişəni bir daha “dondurmaq””.

S.Kornellin sözlərinə görə, əlbəttə ki, hər dəfə münaqişə kəskinləşəndə ən təbii arzu zorakılığı dayandırmaqdır:

“Amma mənə elə gəlir ki, bu bəyanatda vəziyyətin dərk olunmadığı görünür və ya müəyyən anlaşılmazlıq əks olunur. Bəyanat onu nəzərdə tutur ki, atəşkəs hər iki tərəf üçün müsbət cəhətlər daşıyır. Amma o fakt nəzərə alınmır ki, Azərbaycan üçün dərhal atəşin dayandırılması öz ərazilərinin işğalı vəziyyətinə qayıtmaq deməkdir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.