Zəfərin yolu
Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi xəbərini verdi. Ölkəmizin bütün vətəndaşları kimi, astaralılar da bu şad xəbəri böyük sevinclə, qürur hissi ilə qarşılayıblar. Üçrəngli Azərbaycan və Türkiyə Respublikasının dövlət bayraqları ilə bəzədilmiş maşın karvanları ilə şəhər ərazisində yürüş...
Ermənistan silahlı qüvvələri noyabrın 8-də Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Rayonun Əfətli, Qaradağlı, Mahrızlı, Çıraqlı, Xındırıstan, Ayaq Qərvənd, Təzəkənd kəndlərinə ümumilikdə 100-dən artıq mərmi düşüb. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyib.
Xındırıstan kənd sakini Elmaz Eyvazov deyib: “Bu gün səhər 8 radələrində kəndimiz yenə artilleriya atəşinə tutuldu. Mərmilərin biri mağazamızın üstünə düşərək...
Avropa İttifaqı və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir.
Bunu amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, müxtəlif beynəlxalq siyasi platformalardan Azərbaycana dəstəyi təmin etmək lazımdır:
"Avropa İttifaqının üzvləri və Vaşinqton dünya və Azərbaycan mədəniyyətinin şahəsəri, İslam mədəniyyətinin və Azərbaycan memarlığının beşiyi, tarixi Şuşa şəhərinin azad olunması ilə əlaqədar...
Öz ərazilərini azad etməklə Azərbaycan xalqının oğulları qanunu və ədaləti bərpa edir.
Bunu livanlı tarixçi Əli Bekraki deyib.
O qeyd edib ki, Şuşa şəhərinin azad edildiyi gün xalq və ordunun sıx birləşdiyi gündür:
"Biz Azərbaycan dövlətini və Azərbaycan xalqını tarixi torpaqların qaytarılması, BMT qətnamələrinin tələb etdiyi hadisənin baş verməsi münasibətilə təbrik edirik. Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən azad...
“Atamın Şuşada çəkilən son video görüntüsü var. 28 ildir hər gün ona baxıram”.
Bunu Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova deyib. Doğma yurdu işğaldan azad edilən aktrisa sevinc təəssüratlarını bölüşüb.
“O torpağın bir metr yeri də mənim üçün qiymətlidir. Hər gün əsgərlərimiz üçün dua edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Həyəcanlıyan, nə edəcəyimi bilmirəm. Bu, böyük tarixi qələbədir. Arzularımız, xəyallarımız 28 ildən...
“Hazırda Azərbaycan tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayırıq. Şuşa uzun müddət idi ki, işğal altında saxlanılırdı. Artıq azad edilən bu şəhər həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi sayılıb”.
Bunu Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib. Xəbəri böyük sevinclə qarşıladığını deyən deputat Şuşanın tarixi, strateji əhəmiyyətindən də söz açıb:
“Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrimizi dağıdıb və talan...