Zəfərin yolu
Hər gün Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr xalqımıza sonsuz sevinc bəxş edir. Şuşanın ötən gün erməni işğalçılarından azad olunması xəbərini də hər bir azərbaycanlı coşqu ilə qarşıladı. Ömrünün ən gözəl illərini bu doğma diyarda keçirənlərin sevinci yerə-göyə sığmırdı. Müxbirimiz Salyanda məskunlaşmış əslən Şuşadan olan ailənin sevincinə şərik olub.
Əsgərovlar ailəsi uzun zaman Şuşa və Xankəndi...
Bu gün döyüş meydanında düşmən ordusunun təxribatlarına layiqincə cavab verən Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edərək bizə yeni zəfərlər bəxş edir. İgidlərimizin canı və qanı bahasına əldə olunan bu zəfərlərdə biləsuvarlı Vətən oğullarının da payı az deyil. Mübarizlər yetişdirən diyardan minlərlə oğul ön cəbhədə düşmənə qan uddurur.
2000 nəfərdən artıq əhalisi olan Biləsuvarın Çaylı kəndindən hazırda Azərbaycan Ordusunda 450 nəfərə...
Azərbaycanın bir qrup mətbuat nümayəndəsi erməni işğalından azad edilmiş Zəngilan rayonunda olublar.
Jurnalistlər Zəngilan rayonunun Mincivan qəsəbəsi və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olub, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər. Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad...
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyir.
Ağdam rayonunun ən çox ziyan dəyən yaşayış məntəqələrindən biri də Qaradağlı kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 150-yə yaxın evə ziyan dəyib ki, onların da 22-si dağılıb. İki mülki şəxs həlak olub, iki nəfər yaralanıb. Mərmilərin...
28 il Şuşasız yaşayan şuşalıların vətən nisgili sevinc hissləri ilə əvəz edilib. Noyabrın 8-i Azərbaycan tarixinə yazılan qürur günümüz olaraq yaddaşlara həkk edildi. Müzəffər Ordumuz Şuşanı düşmən tapdağından azad etdi.
Doğma yurdundan köçkün düşən şuşalılar indi torpaqlarının azad olunmasının sevincini yaşayırlar. Şuşadan olan 33 ailə bu 28...
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın vətənimiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bu il Şuşanın quruluşunun 270-ci ildönümüdür. Dağlıq Qarabağ məsələsində dövlətimizin, siyasi və...
Azərbaycanın Şuşanı azad etməsi, yəqin ki, Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir.
Bunu ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.
O bildirib ki, Şuşanın azad edilməsi nəticəsində Azərbaycan hərbi baxımdan Xankəndi üzərində yüksəkliklərə, eləcə də Ermənistanla Xankəndi arasında keçən həyati əhəmiyyətli yola nəzarət edir:
“Beləliklə, demək olar ki, hərbi mərhələ başa çatıb. Yəqin ki, erməni...
Şuşanın erməni işğalından azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu.
Bunu amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
Onun sözlərinə görə, ərazilərin işğaldan azad edilməsində uğurların səbəblərindən biri Azərbaycan Prezidentinin uzun illər ərzində diplomatiya sahəsində gördüyü işlər olub.
Ekspert hesab edir ki, Ermənistanın...
Yaşadığımız hər anımızda, hər günümüzdə yaşatdıq səni, Şuşa! Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu sənsiz keçən 28 ilin hər gününün, saatının qisasını aldı! İllərdir həsrətini çəkən övladlarına qovuşdun, Şuşamız. Düşmən tapdağı altında inləyən sinəndə addımlayan müzəffər ordumuzun məğrur addımlarının sevincini nəhayət ki 28 il sonra yaşadın.
Şuşa Azərbaycanın öz qədim tarixi və zəngin mədəni irsi ilə dünyada...
“Şuşanın azad edilməsi xəbərini Prezidentimizin dilindən eşidəndən bəri sevincimin həddi-hüdudu yoxdur. Mənim üçün bundan sevincli, şanlı gün olmaz. Qamətim düzəlib, belim dikəlib. Ali Baş Komandana, Ordumuza minnətdarlıq edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərə can sağlığı versin. Şuşanın azad olunması ilə bağlı kimin əməyi varsa, Allah onları qorusun”.
Bunu Şuşanın 60 yaşlı sakini Fəxrəddin Mahmudov deyib.
“Ailə üzvlərim bu xəbəri göz yaşları ilə...
“Dünən evdə ailəmlə Prezident İlham Əliyevin xalqa müraciətini gözləyirdik. Ali Baş Komandandan Şuşa şəhərinin azad edilməsi xəbərini eşidəndə sevincdən ağladım. Hələ də özümə gələ bilməmişəm. Qəlbim sevinclidir və o torpaqlara ayaq basana qədər bu hissləri keçirəcəyəm”.
Bunu Şuşanın 68 yaşlı sakini Müzəffər Babayev deyib. O bildirib ki, Şuşa şəhərinin azad edilməsi ilə sanki anadan yeni doğulmuş körpə kimidir.
“Bu günü çoxdan gözləyirdim. Allah...