08
Noyabr

8 Noyabr

Yerli media

Aİ və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini təbrik etməlidir - Piter Teys (Trend)

Avropa İttifaqı və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, müxtəlif beynəlxalq siyasi platformalardan Azərbaycana dəstəyi təmin etmək lazımdır:

"Avropa İttifaqının üzvləri və Vaşinqton dünya və Azərbaycan mədəniyyətinin şahəsəri, İslam mədəniyyətinin və Azərbaycan memarlığının beşiyi, tarixi Şuşa şəhərinin azad olunması ilə əlaqədar Azərbaycan hökumətini rəsmi şəkildə təbrik etməlidir".

Ekspertin sözlərinə görə, dünya bilməlidir ki, Azərbaycanın qəhrəman ordusunun öz suveren ərazilərini faşist Ermənistan ordusundan və erməni terrorundan azad etməsi bütün Cənubi Qafqaz regionundan təhlükəsizliyin təmin olunması deməkdir:

"Dünya ölkələri Azərbaycan Silahlı Qüvvələrini işğal olunmuş ərazilər azad etmə işində dəstəkləmək üçün birləşməlidir. Mən Azərbaycanın böyük və heyranedici şəhəri, Azərbaycan mədəniyyətinin qədim mərkəzi Şuşanın azad edilməsi xəbərinə çox sevindim. Dağlıq Qarabağ Azərbaycandır".\

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.