Zəfərin yolu
Azərbaycan və xarici mətbuat nümayəndələri erməni işğalından azad edilmiş Cəbrayıl və Füzuli rayonlarında olublar.
Jurnalistlər bir daha Cəbrayıl rayonunun Böyük Mərcanlı, Şəybəy kəndlərində, Füzuli şəhərinin mərkəzində və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olub, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.
Ermənistan silahlı qüvvələri noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arasbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.
Kənd sakini Orxan Şükürov bildirib ki, təkcə bu gün kəndin ərazisinə 40-dan artıq mərmi düşüb. Nəticədə üç evə ziyan dəyib, bir evin hasarı uçub. Kəndin mütəmadi olaraq atəşə tutulmasına, çoxsaylı dağıntılara baxmayaraq sakinlərin...
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutması nəticəsində Ağdam rayonunda yaşayış evləri, inzibati binalar, sosial obyektlər, elektrik və qaz təsərrüfatı ilə yanaşı, suvarma sisteminə də xeyli ziyan dəyib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, Ağdam rayonunun ərazisinin böyük hissəsi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal...
"Prezident İlham Əliyev müharibənin başladığı ilk andan etibarən həm cəbhədə, həm siyasi müstəvidə, həm də informasiya müstəvisində proseslərə öndərlik edərək, bütün sorğuları vaxtı-vaxtında cavablandırır, Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinin diqqətinə çatdırır”.
Bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, ölkə başçısının Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın etdi:
“Artıq dünya...
Qondarma “Dağlıq Qarabağ respublikası hökuməti”nin noyabrın 4-də Xankəndidən İrəvana köçürülməsi erməni cəmiyyətini ciddi narahat edir.
Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın Ermənistana köçürülən “vətəndaşlar” üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah”ın yaradıldığını bəyan etməsi də İrəvanda ciddi təşviş doğurub.
Məlumdur ki, Azərbaycan Ordusunun tarixi torpaqlarını erməni işğalçılarından azad etməsi Ermənistanda ağır siyasi və iqtisadi böhrana səbəb olub. Bir...
“Azərbaycan hazırda ən aktual məsələlərlə bağlı dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevrilməkdədir. Bu bir tərəfdən ölkəmizin beynəlxalq münasibətlər sistemində milli aktor kimi fəal davranışları və nüfuzu ilə əlaqədardırsa, başqa bir tərəfdən onun mötəbər beynəlxalq təşkilatlara rəhbərlik etməsi ilə bağlıdır”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat deyib ki, Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etmək və bu müddət ərzində onların...
Dostlar, tanışlar sual verirlər ki, kəndinizə qayıdacaqsız? Əlbəttə, mən ora dizin-dizin sürünə-sürünə, torpağımızı öpə-öpə geri qayıdacağam.
Bunu Zəngilanın Vənədli kəndindən olan məcburi köçkün, ehtiyatda olan 42 yaşlı zabit Mais Quliyev deyib.
27 illik həsrətlərinə son qoyulduğunu deyən M.Quliyev bildirib ki, anasının, bibisinin, şəhid olan yoldaşlarının məzarlarına Zəngilan torpağını tökməyi arzu edib:
“Çox şükür ki, biz artıq bütün arzularımıza çatırıq....
Azərbaycanın mətbuat nümayəndələri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə olublar.
Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Şəybəy, Füzuli şəhəri və bir neçə kəndlərində erməni vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.
İşğaldan azad edilən torpaqlarımızda düşmən tərəfindən evlər, tarixi abidələr, qəbiristanlıqlar və məscidlər dağıdılıb.
Füzuli rayonu ərazisində olan məscidlərdən biri isə donuzxanaya çevirilib.
Sanki bir xarabalığa bənzəyən ərazilərimizdə ağaclar belə qırılaraq məhv edilib.
Müzəffər Azərbaycan Ordusu...
"Günün Reportu"nun noyabrın 6-na olan buraxılışını təqdim edirik.
Bu buraxılışda izləyəcəyiniz xəbərlərin qısa başlıqları:
* İtkilər verən düşmən geri çəkilməyə məcbur edilir;
* Düşmənin silah-sursat anbarı partladı;
* Ermənilər Qubadlının məscidini donuzxanaya çevirib;
* Azərbaycanda ictimai nəqliyyatın tam dayandırılacağı şəhər və rayonların adları;
* Azərbaycanın hansı şəhər və rayonlarına giriş-çıxış dayandırılır;
* Nazirin adına tvitterdə saxta hesab açıldı;
* Pandemiya dövründə yardım alacaq sahibkarların...