07
Oktyabr

7 Oktyabr

Yerli media

Avropalı analitik: Makronun bəyanatları Fransanın Minsk qrupunda qərəzsizliyini şübhə altına qoyur (Trend)

Fransa Prezidenti Emmanuel Makronun bəyanatları Fransanın ATƏT Minsk qrupunda qərəzsizliyini şübhə altına qoyur.

Bunu Niderland Senatının keçmiş sədri Rene van der Linden deyib.

O bildirib ki, ATƏT Minsk qrupu Ermənistana kifayət qədər təzyiq göstərə və Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilmədi:

“Errməni qoşunlarının Azərbaycan ərazisinə hücumu beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb, ona görə də beynəlxalq ictimaiyyət münaqişənin həllinin tapılmasında kömək göstərməlidir”.

O, həmçinin qeyd edib ki, E.Makronun “Fransanın Ermənistana dəstəyi” barədə açıqlaması Fransanın Minsk qrupundakı rolunu şübhə altına alır, çünki bu ölkə tərəflərdən birinin mövqeyini tutmamalı, vasitəçi rolu oynamalıdır:

“Fransa təkcə bu münaqişə ilə bağlı deyil, həm də Türkiyə-Yunanıstan və Liviya məsələlərində fərqli mövqe nümayiş etdirib. Beləliklə, bir tərəfdən Makron beynəlxalq təhlükəsizliklə bağlı Avropa mövqeyini dəstəkləyir, digər tərəfdən isə konkret hallarda bu və ya digər tərəfi dəstəklədiyini bildirir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.