07
Oktyabr

7 Oktyabr

Yerli media

Ermənistanın müharibə cinayətləri davam edir - Ağdam rayonundan görüntülər (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.

Düşmən oktyabrın 7-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, vətəndaşlara məxsus 1 ev dağılıb, 10 evə, 4 yardımçı tikiliyə, 114 nömrəli köçkün ümumi məktəbinə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyib. Dörd baş iribuynuzlu, 41 baş xırdabuynuzlu heyvan, 2 baş at tələf olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.