07
Oktyabr

7 Oktyabr

Yerli media

Svante Kornell: Azərbaycan şəhərlərinin bombalanması Azərbaycanı Ermənistan ərazisinə cavab hücumlarına vadar etmək cəhdləridir (Trend)

Azərbaycanın Dağlıq Qarabağ münaqişə zonasından kənardakı şəhərlərinin Ermənistan tərəfindən bombalanması Azərbaycanı Ermənistan ərazisinə cavab hücumlarına vadar etmək cəhdləridir.

Bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.

O bildirib ki, münaqişədəki indiki gərginlik, daha doğrusu Ermənistanın münaqişə zonasından kənardakı şəhərləri bombalaması proqnozlaşdırılan hadisədir:

“Ermənistanın bu hərəkətlərində bir neçə məqsəd sezmək olar. Ən aşkar məqsəd Azərbaycana ziyan vurmaq və əhali arasında qorxu yaratmaqdır. Bu, həm də Azərbaycanı işğal olunmuş əraziləri azad etmək cəhdlərindən çəkindirməyə xidmət edir. Amma ən əsası isə Azərbaycanı Ermənistanın daxilində cavab hücumuna vadar etməkdir”.

S.Kornellin sözlərinə görə, bu, onunla əlaqədardır ki, rəsmi Yerevan bu cür addımın Rusiya tərəfindən cavab reaksiyasına yol açacağına ümid edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.