04
Noyabr

4 Noyabr

Yerli media

Qətər səfiri: "Ümid edirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri məsələsi tezliklə həll olunacaq" (Report)

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost və qardaş Azərbaycanın mövqeyini dəstəklədiklərini vurğulayaraq Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı məsələnin tezliklə həll olunacağına ümidvar olduqlarını dilə gətirib.

Qətər səfiri, həmçinin Qətərlə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etməsi baxımdan səfirliyin yerli KİV-lə səmərəli əməkdaşlığını mühüm amil kimi dəyərləndirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.