Zəfərin yolu
Mən Azərbaycanda tez-tez olan bir qonaq kimi Gəncə, Tərtər, Beyləqan və digər şəhərlərə ölümcül zərbələr barədə xəbərlərdən dəhşətə gəldim.
Bunu Böyük Britaniya baş nazirinin Azərbaycandakı ticarət elçisi baronessa Emma Nikolson deyib.
O, zərbələr nəticəsində ölən və yaralananlar, eləcə də evləri dağılan insanlara görə dərin təəssüf hissi keçirdiyini deyib:
“Mən Tərtərdə açılmış uşaq tədris mərkəzinin işçilərinin təxliyə olunmalı olduğunu eşidəndə...
Canlı qüvvə və hərbi texnikada itkilər verən Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularlarla zənginləşdirir.
Bunu Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) eksperti Can Acun deyib.
O qeyd edib ki, bir sıra KİV-lərdə guya Azərbaycana bəzi ərəb ölkələrindən silahlıların getməsi barədə məlumatlar tamamilə uydurmadır:
“Azərbaycan ordusu Türkiyə ordusu kimi müasirdir və hər hansı bir xarici dəstəyə...
Dağlıq Qarabağ münaqişəsində son gərginlik dünya erməni icması və Ermənistanın özü üçün utancdır.
Bunu amerikalı diplomat Con Mareska deyib. O bildirib ki, ədalətli və dayanıqlı nəticənin əldə olunması üçün münaqişə sülh yolu ilə həll olunmalıdır.
Diplomat əlavə edib ki, günahsız sakinlərə və tarixi şəhərlərə hücumlar vəziyyəti daha da çətinləşdirir, bu və ya digər həll yolunu mümkünsüz edir:...
Sentyabrın 27-dən bu günə qədər erməni silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutur. Düşmən təxribatları nəticəsində rayonun şəhər və kəndləri daxil olmaqla 118 evi təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Nəticədə Tərtər rayonunda 14 nəfər həlak olub, 52 nəfər yaralanıb.