20
Oktyabr

20 Oktyabr

Yerli media

Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularla zənginləşdirir - Türkiyəli ekspert (Trend)

Canlı qüvvə və hərbi texnikada itkilər verən Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularlarla zənginləşdirir.

Bunu Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) eksperti Can Acun deyib.

O qeyd edib ki, bir sıra KİV-lərdə guya Azərbaycana bəzi ərəb ölkələrindən silahlıların getməsi barədə məlumatlar tamamilə uydurmadır:

“Azərbaycan ordusu Türkiyə ordusu kimi müasirdir və hər hansı bir xarici dəstəyə ehtiyacı yoxdur”.

Onun sözlərinə görə, hər kəsə məlumdur ki, məhz Ermənistan terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir.

Ekspert əlavə edib ki, dünya ictimaiyyəti bütün bunlara göz yumur:

“Təəssüf ki, ATƏT Minsk qrupunun həmsədrləri də neytrallığını saxlaya bilməyib və Ermənistanın mövqeyini tutub. Qərb ölkələrində erməni lobbisinin və türkofobiyanın təsiri güclüdür və bu ölkələr buna əsasən hərəkət edir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.