20
Oktyabr

20 Oktyabr

Yerli media

Gəncə, Tərtər, Beyləqana ölümcül zərbələr barədə xəbərlər məni dəhşətə gətirib (Trend)

Mən Azərbaycanda tez-tez olan bir qonaq kimi Gəncə, Tərtər, Beyləqan və digər şəhərlərə ölümcül zərbələr barədə xəbərlərdən dəhşətə gəldim.

Bunu Böyük Britaniya baş nazirinin Azərbaycandakı ticarət elçisi baronessa Emma Nikolson deyib.

O, zərbələr nəticəsində ölən və yaralananlar, eləcə də evləri dağılan insanlara görə dərin təəssüf hissi keçirdiyini deyib:

“Mən Tərtərdə açılmış uşaq tədris mərkəzinin işçilərinin təxliyə olunmalı olduğunu eşidəndə sarsıntı keçirdim. İmkan yaranan kimi, Böyük Britaniya münaqişədən əziyyət çəkən uşaqlara köməyini bərpa edəcək”.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.