Yerli media
Ermənilərin Tərtərdə törətdiyi vəhşiliklər (AzVision)
Sentyabrın 27-dən bu günə qədər erməni silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutur. Düşmən təxribatları nəticəsində rayonun şəhər və kəndləri daxil olmaqla 118 evi təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Nəticədə Tərtər rayonunda 14 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.