19
Oktyabr

19 Oktyabr

Erməni faşistləri Tərtər rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir (Azərtac)

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Oktyabrın 19-da gecə və səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən...

19
Oktyabr

19 Oktyabr

Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub (Azərtac)

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Yuxarı Qiyaməddinli kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 12 ev tamamilə dağılıb, 44 evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 200 baş ev quşları, 12 arı...

19
Oktyabr

19 Oktyabr

Ermənilər Tərtərdə pambıq zavodunu vurdu (Report)

“Xəbər Saatı”nın oktyabrın 19-na olan xüsusi buraxılışı

19
Oktyabr

19 Oktyabr

Emmanuel Dupuy: "Fransa vətəndaşlarının Ermənistan tərəfdən döyüşməsi qəbuledilməzdir" (Report)

"Fransanın ikili vətəndaşlığa sahib vətəndaşlarının Azərbaycanda münaqişə zonasında Ermənistan tərəfdən iştirak etmələri Dağlıq Qarabağ probleminin həllinə və sülhün təmin olunmasına əngəllər yarada bilər".

Bunu Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

Onun sözlərinə görə, Fransa qanunlarına əsasən, ölkə vətəndaşlarının xarici dövlətlərə gedərək hərbi əməliyyatlarda iştirakı qadağan deyil: "Ancaq belə insanlar hərbi əməliyyatlarda iştirak edərsə, onda döyüşdükləri ölkənin qanunlarına tabedirlər. Bu...

19
Oktyabr

19 Oktyabr

Jan-Lük Reitzer Fransanın Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini tənqid edib (Report)

“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bötövlüyünün bərpasıdır“.

Bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Jan-Lük Reitzer bildirib.

O, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini deyib: "Çünki Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın haqlı olduğunu göstərir. Ümid edirəm ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi həll ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək".

Jan-Lük...

19
Oktyabr

19 Oktyabr

Avropalı liderlər Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq üçün Ermənistan təzyiq göstərməlidir - Piter Teys (Trend)

Avropa ölkələrinin rəhbərləri Azərbaycanın suveren ərazisində - Dağlıq Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq məqsədilə Ermənistan təzyiq göstərməlidir.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, aparıcı Avropa İttifaqı ölkələrinin liderləri Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiq edən tarixi faktları saxtalaşdırmağa cəhd göstərməklə ciddi səhvə yol verirlər:

“Avropalı liderlər Azərbaycanın suveren ərazisində...