19
Oktyabr

19 Oktyabr

Yerli media

Jan-Lük Reitzer Fransanın Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini tənqid edib (Report)

“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bötövlüyünün bərpasıdır“.

Bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Jan-Lük Reitzer bildirib.

O, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini deyib: "Çünki Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın haqlı olduğunu göstərir. Ümid edirəm ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi həll ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək".

Jan-Lük Reitzer Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi zəif fəaliyyətinə görə təəssüfləndiyini vurğulayıb: “Mən fransalı deputat kimi istərdim ki, Fransanın öz üzərinə düşən rolu layiqincə oynaya bilsin və Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olunsun. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bötüvlüyünün bərpa olunmasıdır".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.