19
Oktyabr

19 Oktyabr

Yerli media

Erməni faşistləri Tərtər rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir (Azərtac)

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Oktyabrın 19-da gecə və səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv ağır artilleriyadan atəşə tutulub. Nəticədə Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Rayonun yaşayış məntəqələrində vətəndaşlara məxsus evlərə ciddi ziyan dəyib.

Ümumilikdə, sentyabrın 27-dən indiyədək ilkin məlumata görə Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 700-dək evə, 64 çoxmənzilli yaşayış binasına, 60-dək yardımçı tikiliyə, 20 sosial, 8 istehsal, 45 ticarət obyektinə, 18 inzibati binaya ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.