19
Oktyabr

19 Oktyabr

Yerli media

Avropalı liderlər Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq üçün Ermənistan təzyiq göstərməlidir - Piter Teys (Trend)

Avropa ölkələrinin rəhbərləri Azərbaycanın suveren ərazisində - Dağlıq Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq məqsədilə Ermənistan təzyiq göstərməlidir.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, aparıcı Avropa İttifaqı ölkələrinin liderləri Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiq edən tarixi faktları saxtalaşdırmağa cəhd göstərməklə ciddi səhvə yol verirlər:

“Avropalı liderlər Azərbaycanın suveren ərazisində terrorçu bazasının yaradılmasının qarşısını almaq məqsədilə Ermənistana təzyiq göstərməlidir. Əgər Ermənistan ASALA terror təşkilatının bazasını Azərbaycan ərazisində yerləşdirsə, bu, bütün Avropa qitəsi üçün faciəvi olacaq. Azərbaycan xalqı və hökuməti Ermənistanın təcavüzü və raket hücumlarına təmkinli reaksiya göstərir və beynəlxalq ictimaiyyət tərəfindən ədalətli münasibət tələb edir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.