11
October

11 Oktyabr

Atəşkəs rejiminə məhəl qoymayan Ermənistan Gəncədə dinc sakinləri hədəf aldı (Azərtac)

Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

Ermənistan Gəncədə dinc sakinləri bir daha hədəf alıb. Gecə saatlarında ağır artilleriyadan atəşə tutulan bu qədim şəhərdə raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili...

11
October

11 Oktyabr

Rusiyalı politoloq: Dinc əhaliyə və mülki obyektlərə hücumlar ATƏT-in həmsədrlərinə, o cümlədən Rusiyaya açıq-aşkar hörmətsizlikdir (Azərtac)

Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması əvvəl əldə edilmiş razılaşmaları düyünə salır. Ermənistan bundan əvvəl də razılaşmaları dəfələrlə pozub, lakin indi belə təsəvvür yaranır ki, o, belə hərəkətləri qəsdən edir, Azərbaycanın Gəncə şəhərinə zərbə endirir. Bu zərbə dinc əhali arasında insan tələfatına səbəb olub, Azərbaycan buna sakit münasibət bəsləyə bilməyəcək.

Bu fikirləri Rusiya...

11
October

11 Oktyabr

Erməni vəhşiliyinin acı nəticələri: Gəncədə çoxmənzilli binanın dağıntıları altından daha bir sakinin cəsədi çıxarılıb (Azərtac)

İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını oktyabrın 11-də gecə saat 02 radələrində raket atəşinə tutması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının dağıntıları altında qalan sakinlərin çıxarılması işləri davam etdirilir.

Saat 10:20 radələrində daha bir sakinin cəsədi dağıntılar altından çıxarılıb.

Qeyd...

11
October

11 Oktyabr

Gəncədə yaralanan uşaq: "Daşın altında qaldım" (Report)

Ermənistan silahlı qüvvələrinin bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Bununla yanaşı, binaların altında bir neçə uşaq çıxarılıb, onlar müxtəlif ağır xəsarətlər alıblar.

Raket atəşi zamanı yaralanan azyaşlı Ömər Nəsirov bildirib ki, o, daşın altında qalıb:...

11
October

11 Oktyabr

Gəncə şəhər stadionu da erməni terrorundan zərər görüb (Report)

"Kəpəz" futbol komandasının ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da erməni terrorundan zərər görən obyektlər sırasındadır.

Gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Yarıməsrdən çox tarixi olan stadionda hazırda vəziyyət şəkillərdən göründüyü kimidir. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri...

11
October

11 Oktyabr

Erməni terrorçularının raket hücumuna məruz qalmış Gəncədə dağıntılar (Report)

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqla terror əməllərini davam etdirir.

Düşmən bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çox...

11
October

11 Oktyabr

Gəncədə raketlə vurulan yerdən reportaj (AzVision)

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Düşmənin gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

11
October

11 Oktyabr

“Gəncənin atəşə tutulması növbəti soyqırım aktıdır” - İsrailli politoloq (AzVision)

Bu gecə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri raket atəşinə tutulub. Yaşayış evləri dağıdılıb, mülki əhali arasında ölənlər və xeyli yaralı var. Dünya ictimaiyyəti isə yalnız pafoslu və ritorik qınama ilə işini bitmiş hesab edir, eyni zamanda erməni təcavüzündən danışmır, yalnız tərəfləri danışıqlara çağırır. Ancaq otuz ildir ki, sülh prosesinə məhəl qoymayan, çirkli əməllərə əl atan, həqiqətləri təhrif...

11
October

11 Oktyabr

İosef Şaqal: “Gəncəyə raket zərbəsi endirmək barbarlıqdır” (AzVision)

"Gəncənin barbarcasına atəşə tutulmasının məqsədi, əslində erməni tərəfinin Mingəçevir Su Elektrik Stansiyasına raketlərlə hücum cəhdi kimi aydındır. Ermənistan bütün vasitələrlə Azərbaycanın öz ərazilərini azad etmək uğrunda müharibəsini KTMT ölkələri ilə Azərbaycan arasında müharibəyə çevirməyə, KTMT mexanizmlərini işə salmaq üçün Azərbaycanı cavab hücumlarına təhrik etməyə çalışır. Bu, hadisələrin ən arzuolunmaz inkişafıdır. Təxribatlara uymamaq üçün bundan qaçmaq lazımdır".

Bunu İsrail Knessetinin keçmiş üzvü, İsrail...

11
October

11 Oktyabr

“Azərbaycan bütün ərazilərini azad etməlidir” - Pakistanlı general (AzVision)

"Ermənistan təkcə Cenevrə Konvensiyasının tələblərini deyil, həm də bütün humanizm prinsiplərini pozur. Bu, insanlıqdan kənar hərəkətdir".

Bu barədə Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1993-1995), general-leytenant Caved Əşrəf Kazi ermənilərin Gəncəyə raket hücumu barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hücuma keçməli və bütün ərazilərini azad etməlidir: “Bu, ola bilsin ki, beynəlxalq təzyiq altında qurulacaq atəşkəsdən əvvəl edilməlidir. Ermənistan beynəlxalq hüquqa...

11
October

11 Oktyabr

Piter Teys: Ermənistanın Gəncəni atəşə tutması Hitlerin Varşavanı bombalamasına bərabərdir (Trend)

Gəncənin erməni qoşunları tərəfindən atəşə tutulması 1939-cu ildə Hitlerin Varşavanı bombalamasına bərabərdir.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, humanitar xarakterli atəşkəs razılaşmasının əldə olumasına baxmayaraq, erməni qoşunları rəsmi Yerevanın terrorçu fəlsəfəsinə uyğun olaraq həmin rejimi pozdu:

"Elə həmin gün Azərbaycan bir neçə artilleriya atəşinə məruz qaldı. Oktyabrın 11-də səhər isə Gəncə erməni raketləri və kasset bombaları...

11
October

11 Oktyabr

Brayza: Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir (Trend)

Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir.

Bunu ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O, Gəncədə dinc sakinlərə hücumu pislədiyini deyib: "Bu cür hücumlar beynəlxalq hüququn pozulmasıdır".

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket...