Yerli media
“Azərbaycan bütün ərazilərini azad etməlidir” - Pakistanlı general (AzVision)
"Ermənistan təkcə Cenevrə Konvensiyasının tələblərini deyil, həm də bütün humanizm prinsiplərini pozur. Bu, insanlıqdan kənar hərəkətdir".
Bu barədə Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1993-1995), general-leytenant Caved Əşrəf Kazi ermənilərin Gəncəyə raket hücumu barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hücuma keçməli və bütün ərazilərini azad etməlidir: “Bu, ola bilsin ki, beynəlxalq təzyiq altında qurulacaq atəşkəsdən əvvəl edilməlidir. Ermənistan beynəlxalq hüquqa görə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Pakistan bu məsələdə Azərbaycanı tam dəstəkləyir və hər zaman Azərbaycan xalqının yanında olacaq”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.