11
October

11 Oktyabr

Yerli media

Brayza: Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir (Trend)

Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir.

Bunu ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O, Gəncədə dinc sakinlərə hücumu pislədiyini deyib: "Bu cür hücumlar beynəlxalq hüququn pozulmasıdır".

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.