11
October

11 Oktyabr

Yerli media

Gəncə şəhər stadionu da erməni terrorundan zərər görüb (Report)

"Kəpəz" futbol komandasının ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da erməni terrorundan zərər görən obyektlər sırasındadır.

Gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Yarıməsrdən çox tarixi olan stadionda hazırda vəziyyət şəkillərdən göründüyü kimidir. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.

Arena “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən balansında olduğu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsindən uzun müddətə icarəyə götürülüb və klub üçün baza rolunu oynayır. “Kəpəz”in əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını burada keçirir.

Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.