07
Noyabr

7 Noyabr

Xarici media

Malayziyanın ingilis dilində nəşr olunan nüfuzlu “New Straits Times” qəzeti Ermənistanın Azərbaycan diplomatlarını hədəfə alması barədə məqalə yayıb.

“Azərbaycanlı diplomatlar Ermənistanın hədəfinə çevrilir” adlı məqalədə ölkəmizin Ukraynanın Xarkov şəhərində yerləşən Fəxri konsulluğunun odlu silahdan atəşə tutulması barədə ətraflı məlumat və bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı öz əksini tapıb.

Məlumatda bildirilir ki, noyabrın 6-dan 7-nə keçən gecə saat 2:30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısına və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Fəxri konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.

Qeyd olunub ki, son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğuna edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.

Məlumatda Azərbaycan XİN-in məsələ ilə bağlı bəyanatından sitat da gətirilib: “Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icmasının üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik.

Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icmasının üzvlərinə qarşı edilən cinayət xarakterli bu kimi əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçirəcək”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.