07
Noyabr

7 Noyabr

Xarici media

Özbəkistan “kun.uz” və “fikr.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məqalələr yerləşdirib.

“kun.uz” portalı MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclasının keçirilməsi və tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə əlaqədar məqalə çap edib.

Baş nazir iclasda Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks-hücumu, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri, Gəncə, Mingəçevir, Bərdə və digər məntəqələrimizin dinc əhalisini “Smerç”, “Tochka-U”, “Elbrus” və digər qadağan olunmuş ballistik raket və kasset bombaları ilə atəşə tutması, sentyabrın 27-dən indiyədək 92 dinc adamın həlak olması, 404 mülki şəxsin yaralanması haqqında məlumat verib.

“Fikr.uz” portalı yazır ki, müharibə başlayandan Ermənistandan təkcə Ağdama 10 mindən çox mərmi və raket atılıb. Bu rayonda 7 adam ölüb, 42 mülki şəxs yaralanıb, çoxlu dağıntılar var. 15 məktəb və 5 uşaq bağçası dağılıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.