29
Oktyabr

29 Oktyabr

Xarici media

Bolqarıstanın “168 chasa” qəzetində və nəşrin internet portalında yayılan Sumqayıt hadisələri ilə bağlı təhrif olunmuş məlumatlara cavab olaraq Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən məqalə dərc olunub.

Məqalədə 1988-ci il fevralın 28-də baş verən hadisələrin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi olduğu vurğulanıb, bunun məqsədinin hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq və ermənilərin ölkəmizə qarşı ərazi iddiaları üçün zəmin hazırlanması olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının iki dəfə məhkum edilən erməni əsilli Eduard Qriqoryan olduğu sübuta yetirilib. Onun Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürdüyü faktlarla göstərilib. Sumqayıtda etnik zəmində törədilən iğtişaşın həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası olması qeyd edilib.

Məqalədə, həmçinin ermənilərin ölkəmizə qarşı ərazi iddiaları və o vaxt mövcud olan geosiyasi vəziyyət haqqında ətraflı məlumat verilib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.