29
Oktyabr

29 Oktyabr

Xarici media

Tacikistanın “avesta.tj” portalı Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” kaset bombası atması və dinc sakinlərin ölməsi barədə materiallar verib.

Portalda Ermənistanın dinc əhalin hədəf alması hərbi cinayət kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cinayətə görə cavab verməlidir.

Qeyd olunur ki, dünya birliyi Ermənistanın bu qanuna zidd hərəkətlərini ittiham etməli, Ermənistanı dayandırmalıdır.

Yazılarda vurğulanır ki, bu tipli bomba və raketlərdən istifadə olunması 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

Bildirilir ki, sentyabrın 27-dən bu günədək Ermənistanın dinc əhaliyə atəş aşması nəticəsində 90 adam ölüb, 392 mülki vətəndaş yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.