29
Oktyabr

29 Oktyabr

Xarici media

Özbəkistan ”interpress.uz”, “qalampir.uz”, “daryo.uz” və ”fikr.uz” portalları Bərdənin kasset bombasına tutulması ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.

Portallarda Bərdə şəhərinin ermənilər tərəfindən ikinci dəfə “Smerç” kassetli bombalardan atəşə tutılması mənfur qonşularımızın qorxaqlığı kimi dəyərləndirilib. Bildirilib ki, müharibədə uduzan Ermənistan qisasını dinc əhalidən alır. Bununla da erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur.

Saytlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi önə çəkilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.