Zəfərin yolu
İndoneziyanın “iNews.id” saytı Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olmasından bəhs edən material yayıb.
Saytın hazırda Azərbaycanda olan müxbiri Əhməd İslami Camilin müəllifi olduğu “Azərbaycan Ermənistanın tərk etdiyi Kəlbəcər rayonuna daxil olur” adlı yazıda qeyd edilir ki, Kəlbəcər hərbi əməliyyatların dayandırılması barədə imzalanan üçtərəfli sənədə əsasən Azərbaycana qaytarılan üç rayondan ikincisidir.
Yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatından...
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.
Televiziya kanalları (Haberglobal,TRTHaber) və xəbər agentlikləri (Anadolu Ajansı), o...
Müzəffər Azərbaycan Ordusunun işğaldan azad edilmiş Kəlbəcər rayonuna daxil olması Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
Nüfuzlu report.ge, 24news.ge, interpressnews.ge, dalgatv.ge, aktual.ge, palitranews.ge, interpress.ge və s. informasiya portalları, eləcə də bir sıra televiziyalar rəşadətli Azərbaycan Ordusunun 27 illik işğaldan sonra Kəlbəcərə daxil olması barədə silsilə materiallar yayıblar.
Bundan başqa, bəzi informasiya agentlikləri ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vəhşiliklər, Şuşa şəhərinin görüntüləri...
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Kəlbəcər rayonunun azad olunması barədə məqalə yerləşdirilib.
Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına istinadla Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatına uyğun olaraq, Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olduğu bildirilib.
Qeyd edilib ki, bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də təhvil verilməli idi, amma Azərbaycan...
Misirin ən nüfuzlu qəzeti olan “Əl-Əhram” Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması haqqında geniş xəbər yayıb.
Qəzetin saytında yerləşdirilmiş xəbərdə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Kəlbəcər rayonunun əsl sahibinə - Azərbaycana qaytarıldığı qeyd olunur. Bildirilir ki, noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinə əsasən, Azərbaycan Ordusu noyabrın 15-də bu əraziyə daxil olmalı idi, lakin humanizm prinsipindən...
İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin Latın Amerikasının “Diariolibre” onlayn nəşri Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə xəbər dərc ediblər.
Nəşrlər bundan əvvəl ermənilərin Kəlbəcərdən çıxarılması tarixinin 10 gün – noyabrın 15-dən 25-dək uzadılmasına...
“France-24” kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.
Reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.
Kanalın Azərbaycandakı çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk...