25
Noyabr

Xarici media

Misirin ən nüfuzlu qəzeti Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasından yazıb

Misirin ən nüfuzlu qəzeti olan “Əl-Əhram” Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması haqqında geniş xəbər yayıb.

Qəzetin saytında yerləşdirilmiş xəbərdə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Kəlbəcər rayonunun əsl sahibinə - Azərbaycana qaytarıldığı qeyd olunur. Bildirilir ki, noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinə əsasən, Azərbaycan Ordusu noyabrın 15-də bu əraziyə daxil olmalı idi, lakin humanizm prinsipindən çıxış edən rəsmi Bakı ermənilərə işğal etdikləri rayonu boşaltmaq üçün daha 10 gün vaxt verib.

Xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntüləri yaydığı qeyd edilir. Vurğulanır ki, bundan əvvəl Azərbaycan Ordusu ermənilərin kapitulyasiyasının şərtlərinə əsasən boşaldılan Ağdam rayonuna da daxil olub. Həmçinin vurğulanıb ki, ermənilər tərk etdikləri Kəlbəcərdə evləri və meşələri yandırıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.