25
Noyabr

Xarici media

Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması Türkiyə mediasının baş xəbəridir

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.

Televiziya kanalları (Haberglobal,TRTHaber) və xəbər agentlikləri (Anadolu Ajansı), o cümlədən qəzetlərin elektron versiyaları (Milliyet,Yeni Şafak) Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi ilə bağlı anındaca məlumat yaymağa başlayıblar.

Ermənilərin bölgəni tərk etmək üçün verilən vaxtdan əlavə möhlət istəyərək güzəşt edilən on gün ərzində Kəlbəcərdə yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftar barədə süjetlər yayan telekanallar baş verənləri vandalizm aktı kimi dəyərləndirir.






Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.