25
Noyabr

Xarici media

Gürcüstan mətbuatı: Azərbaycan Ordusu Kəlbəcərə daxil olub

Müzəffər Azərbaycan Ordusunun işğaldan azad edilmiş Kəlbəcər rayonuna daxil olması Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

Nüfuzlu report.ge, 24news.ge, interpressnews.ge, dalgatv.ge, aktual.ge, palitranews.ge, interpress.ge və s. informasiya portalları, eləcə də bir sıra televiziyalar rəşadətli Azərbaycan Ordusunun 27 illik işğaldan sonra Kəlbəcərə daxil olması barədə silsilə materiallar yayıblar.

Bundan başqa, bəzi informasiya agentlikləri ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vəhşiliklər, Şuşa şəhərinin görüntüləri və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi barədə də xəbərlər yayıblar.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan informasiyalarda Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə görüləcək abadlıq-quruculuq işləri barədə fikirləri yer alıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.