02
Noyabr

2 Noyabr

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarında, guya ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovetsayağı təbliğat olduğunu bildirib. Səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır. Səfir “Washington Post”...

02
Noyabr

2 Noyabr

İspaniyanın böyük dinləyici auditoriyasına malik “Radio Puerto” radiosu canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun müsahibəsini yayıb.

Radionun aparıcıları Xuan Luis Dominges və Xuan Ramon Realın suallarını cavablandıran səfir Anar Məhərrəmov əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.

Diplomat bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal...

02
Noyabr

2 Noyabr

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı davam etdirdiyi hərbi təxribatlar səbəbindən iki ölkə arasında yaranmış gərgin vəziyyəti diqqət mərkəzində saxlayır.

"Anadolu Ajansı", "a Haber", "TRT Haber", "SABAH", "NTV", "TGRT Haber", "DHA" informasiya portallarında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədi boyunca, eləcə də münaqişə bölgəsindən xeyli aralıda yerləşən yaşayış məntəqələrini...

02
Noyabr

2 Noyabr

Misirin “Akhbarelyoum” və “Garbnews” informasiya portalları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları, dinc əhalini və mülki obyektləri hədəf alması barədə xəbərlər yayıb.

Yayılan xəbərlərdə bildirilib ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı qüvvələri Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə raket hücumları edib. Müharibə cinayəti hesab edilən bu hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, həmçinin 97 çoxmənzilli...

02
Noyabr

2 Noyabr

Azərbaycanın haqlı mövqeyi, Ermənistanın işğalçılıq siyasəti erməni lobbisinin güclü təsir imkanlarına malik olduğu ərəb dünyasının nüfuzlu KİV-lərində işıqlandırılıb. Erməni lobbisinin ciddi maneə yaratmasına baxmayaraq, Milli Məclisin deputatı Könül Nurullayevanın “Azərbaycan regionda dayanıqlı sülhü bərpa etməyə çalışır” adlı məqaləsi Misirin nüfuzlu “Nile Nyus”, “Əl-Vəsilə”, “Dmc Nyus” xəbər portalları və Birləşmiş Ərəb Əmirliklərinin məşhur “Saadaonlaine” portalında dərc olunub.

Deputatın məqaləsində münaqişənin tarixindən, Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olmasından bəhs edilib, ermənilərin...

02
Noyabr

2 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən zaman səsləndirdiyi bəyanatlar nüfuzlu ərəb KİV-lərinin diqqət mərkəzindədir.

“Al Aarabia”“Aljazeera” televiziya kanallarının reportajlarında, habelə internet saytlarında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin görüşdə səsləndirdiyi aşağıdakı fikir vurğulanıb: “Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində...

02
Noyabr

2 Noyabr

“Reuters” agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətinə düşmüş, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olan azərbaycanlıların son günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra ərazilərin işğaldan azad edilməsi barədə fikirləri və təəssüratları yer alıb.

Bakıdakı məcbur köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Həsən Əhmədov Azərbaycan qoşunlarının Dağlıq Qarabağda apardığı uğurlu...

02
Noyabr

2 Noyabr

Kanadanın nüfuzlu “National Post” qəzetində “Azərbaycanın köçkünlük həyatı yaşayan futbol çempionları müharibədən sonra evlərinə qayıtmağı arzulayırlar” sərlövhəli məqalə dərc edilib.

“Reuters” agentliyinə istinadla dərc olunan məqalədə son yeddi ildir Azərbaycanın futbol üzrə çempionu olan “Qarabağ” klubunun 30 ildən bəri başqa cür qələbəyə ümid etdiyi qeyd olunur. Yazıda “Qafqazın Barselonası” adlandırılan klubun Ağdama qayıtmaq arzusunda olduğu vurğulanır. Qeyd edilir ki, Dağlıq Qarabağ və onu əhatə edən...

02
Noyabr

2 Noyabr

Səudiyyə Ərəbistanı Krallığının Londonda ərəb dilində nəşr olunan “Əl-Şərq Əl-Ausat” qəzetində “Yerevan Putindən kömək istəyir: Moskva toqquşmaların Ermənistanın daxilinə keçdiyi təqdirdə köməyini təqdim edə bilər” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvanın Ermənistanın təhlükəsizliyinin qorunmasını təmin etmək üçün müdaxilə etməsi ilə bağlı rəsmi müraciət etdiyi bildirilir. Paşinyanın sözügedən məktubuna Rusiya XİN-dən rəsmi cavabın gecikmədiyi və cavab məktubunda rəsmi Moskvanın Ermənistanın ərazisi...

02
Noyabr

2 Noyabr

Özbəkistanın “kun.uz”, ”zamin.uz” və “azon.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü haqqında özbək və rus dillərində məqalələr yerləşdirib.

Dövlətimizin başçısının görüşdə cəbhədəki son vəziyyət barədə verdiyi məlumatlar, müharibənin ilk saatlarından başlayaraq Türkiyənin Azərbaycanın yanında olması ilə bağlı fikirləri məqalələrdə öz əksini tapıb.

Azərbaycan Prezidentinin çıxışından sitat gətirilən məqalələrdə deyilir: “Bu, bir daha...

02
Noyabr

2 Noyabr

Özbəkistanın ”fikr.uz” və “orol24.uz” xəbər portalları Azərbaycan həqiqətləri ilə bağlı materiallar yayımlayıb.

“fikr.uz” portalı xəbər verir ki, Bakıda yaşayan çoxminli rus icması Azərbaycan Ordusunu dəstəkləyən yürüş keçirib. İcma Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə Bakının küçələrinə çıxıb, şəhər sakinləri isə onları alqışlayıb.

Bildirilir ki, Azərbaycan çoxmillətli ölkədir, ruslar və digər xalqların nümayəndələri Azərbaycanı sevir və dəstəkləyirlər. Ölkədə 300 rus məktəbi fəaliyyət göstərir.

Qeyd edilir ki, Ermənistan monoetnik dövlətə çevrilib,...

02
Noyabr

2 Noyabr

Fransanın “Liberation” qəzetində “Dağlıq Qarabağ: Ermənistan qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur” adlı məqalə dərc edilib.

Məqalədə Ermənistanın Azərbaycanın Bərdə şəhərini qadağan olunmuş kaset silahlarından atəşə tutmasının “Amnesty International” və “Human Rights Watch” təşkilatları tərəfindən təsdiqləndiyi qeyd edilib. Bildirilib ki, hər iki təşkilat Ermənistanın Bərdə şəhərini kasset silahları ilə bombardman etdiyini qeyd edib. Bombardman nəticəsində 21 mülki şəxsin öldüyü və 70-nin yaralandığı deyilib. Hər...

02
Noyabr

2 Noyabr

Moldova mətbuatında Milli Məclisin deputatı Ramin Məmmədovun müsahibəsi dərc olunub. “Timpul.md” xəbər portalında yayılan müsahibədə deputat Moldovada keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər etmiş Azərbaycandan olan nümayəndə heyətinin təəssüratları haqqında fikrilərini bildirib.

Deputat qeyd edib ki, Moldovada ən xoş təsir bağışlayan seçicilərin yüksək fəallığı olub: “Seçki prosesini qiymətləndirmək üçün bir neçə mühüm meyar var ki, biz Moldovada səsvermənin bu meyarların hər...

02
Noyabr

2 Noyabr

Almaniyanın “Tekk.tv” portalında “Fransanın faşist qrupunun lideri Ermənistan üçün müharibə aparmağa and içir” adlı məqalə dərc olunub.

Məqalədə vurğulanır ki, Fransanın neonasist sağçı qrupunun (ZVP) lideri Mark de Kakkere-Valmenir azərbaycanlılara qarşı vuruşmaq üçün Dağlıq Qarabağdakı erməni əsgərlərinə qoşulub. Həmin şəxs hərbi formada əlində silahla sosial mediada şəkil paylaşıb. Onun müharibədə iştirakı PKK terrorçu təşkilatının və sağçı ekstremist Avropa qruplaşmalarının nümayəndələrinin də Ermənistan tərəfində vuruşmağa başladıqlarını deməyə əsas verir. Azərbaycanın...

02
Noyabr

2 Noyabr

Alman türkoloq Mixael Raynhard Hesin “Spiegel” jurnalında ölkəmizlə bağlı dərc olunan qərəzli və qeyri-obyektiv məqalə ilə bağlı sözügedən nəşrin redaksiyasına ünvanladığı etiraz məktubunun xülasəsi dərc edilib.

Məqalədə “Spiegel” jurnalı tərəfindən Dağlıq Qarabağın anklav adlandırılmasının yanlış olduğu hüquqi cəhətdən izah edilir. Eyni zamanda, “Spiegel” jurnalının iddiasına cavab olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini “rakurs”da təqdim olunmasına etiraz bildirilir. Müəllif, həmçinin Dağlıq Qarabağın tarixinə toxunaraq Qafqaz...