02
Noyabr

2 Noyabr

Xarici media

Misirin “Akhbarelyoum” və “Garbnews” informasiya portalları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları, dinc əhalini və mülki obyektləri hədəf alması barədə xəbərlər yayıb.

Yayılan xəbərlərdə bildirilib ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı qüvvələri Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə raket hücumları edib. Müharibə cinayəti hesab edilən bu hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, həmçinin 97 çoxmənzilli bina, 2465 fərdi ev, 455 mülki obyekt dağıdılıb.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hərbi attaşelər Gəncə, Bərdə və Tərtər şəhərlərinə səfər edərək Ermənistanın müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.