02
Noyabr

2 Noyabr

Xarici media

Almaniyanın “Tekk.tv” portalında “Fransanın faşist qrupunun lideri Ermənistan üçün müharibə aparmağa and içir” adlı məqalə dərc olunub.

Məqalədə vurğulanır ki, Fransanın neonasist sağçı qrupunun (ZVP) lideri Mark de Kakkere-Valmenir azərbaycanlılara qarşı vuruşmaq üçün Dağlıq Qarabağdakı erməni əsgərlərinə qoşulub. Həmin şəxs hərbi formada əlində silahla sosial mediada şəkil paylaşıb. Onun müharibədə iştirakı PKK terrorçu təşkilatının və sağçı ekstremist Avropa qruplaşmalarının nümayəndələrinin də Ermənistan tərəfində vuruşmağa başladıqlarını deməyə əsas verir. Azərbaycanın silahlı qüvvələri tərəfindən əsir götürülmüş A.Mikaelyan adlı erməni əsgəri Dağlıq Qarabağda erməni əsgərlərinin sırasında PKK terrorçularının da vuruşduqlarını etiraf edib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.