02
Noyabr

2 Noyabr

Xarici media

Alman türkoloq Mixael Raynhard Hesin “Spiegel” jurnalında ölkəmizlə bağlı dərc olunan qərəzli və qeyri-obyektiv məqalə ilə bağlı sözügedən nəşrin redaksiyasına ünvanladığı etiraz məktubunun xülasəsi dərc edilib.

Məqalədə “Spiegel” jurnalı tərəfindən Dağlıq Qarabağın anklav adlandırılmasının yanlış olduğu hüquqi cəhətdən izah edilir. Eyni zamanda, “Spiegel” jurnalının iddiasına cavab olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini “rakurs”da təqdim olunmasına etiraz bildirilir. Müəllif, həmçinin Dağlıq Qarabağın tarixinə toxunaraq Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında həmin bölgənin Azərbaycan SSR hüdudlarında saxlanmasına dair qərar qəbul edilməsi faktına diqqəti çəkir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.