13
Oktyabr

13 Oktyabr

Xarici media

Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində Azərbaycanın haqq səsini ərəb dünyasına çatdıraraq, beynəlxalq ictimaiyyəti və təşkilatları işğala son qoymaq üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.

Telejurnalist “BMT və beynəlxalq insan hüquqları təşkilatları Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarına qiymət verməlidir” sərlövhəli məqaləsində Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirən Ermənistanın əsas hədəfinin mülki obyektlər və dinc əhali olduğunu qeyd edib. O bildirib ki, güclü iqtisadiyyata və qüdrətli orduya malik Azərbaycanın qarşısında məğlub olan işğalçı ölkənin barbarlıq aktları ərəb ölkələri, həmçinin beynəlxalq hüquq təşkilatları tərəfindən qətiyyətlə pislənməlidir. Ə.Məğribi vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasının yeganə yolu Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmasıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.