13
Oktyabr

13 Oktyabr

Xarici media

Oktyabrın 11-də Ermənistan hərbi qüvvələri tərəfindən Gəncə şəhərinə raket atılması və nəticədə 9 mülki şəxsin həlak olması, eləcə də 35 şəxsin, o cümlədən azyaşlıların yaralanması ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən Niderland Xarici İşlər Nazirliyinə, parlamentə, siyasi partiyalara, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlara, insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə, KİV-lərə və Azərbaycan icmasına məlumat verilib.

Bu barədə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən məlumat verib.

Bildirilib ki, eyni zamanda, səfirliyin internet səhifəsində və sosial şəbəkələrdə bu barədə məlumatlar yerləşdirilib.

Nəticə olaraq, ölkənin artıq bir sıra KİV-lərində Gəncədə baş vermiş erməni terroru haqqında məlumatlar yayımlanıb. “RTL Nieuws” televiziya kanalının rəsmi səhifəsində “Ermənistan və Azərbaycan arasında, nəhayət, atəşkəsin əldə edildiyi, lakin Ermənistan tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raketin atılması nəticəsində atəşkəsin qısa müddətdə pozulduğu”, eləcə də Ermənistan tərəfindən bunun inkar edildiyi bildirilib.

Ölkənin nüfuzlu “Teleqraf”, o cümlədən “Trouw” və “Reformatische Dagblad” qəzetlərində dərc edilmiş “Ermənistan tərəfindən atılan raket atəşi nəticəsində Azərbaycanda ölənlər var” məqalələrdə Ermənistan tərəfindən atılmış raket nəticəsində baş vermiş dağıntıların şəkli yerləşdirilib, eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinad edilib və hadisə nəticəsində zərər görmüş insanların arasında uşaqların da olduğu qeyd edilib.

“NRC” qəzetində yerləşdirilmiş məlumatda Gəncənin münaqişə zonasından uzaq olduğu vurğulanıb və baş vermiş bu hadisənin münaqişədə yeni gərginliyə səbəb olacağı göstərilib.



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.