13
Oktyabr

13 Oktyabr

Xarici media

Misirin informasiya portalları işğalçı Ermənistanın Moskvada elan edilmiş humanitar atəşkəs rejimini pozması barədə xəbərlər yerləşdirib.

geniş oxucu auditoriyasına malik “Almasryalyoum” nəşrində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın humanitar atəşkəsi pozması, yaşayış məntəqələrinə, o cümlədən ölkəmizin ikinci şəhəri olan Gəncəyə raket zərbələri endirməsi barədə bəyanatı yayılıb.

“Elamwal” informasiya portalı isə Gəncənin raket hücumuna məruz qalması, mülki obyektlərin və evlərin dağıdılması, dinc sakinlərin həlak olması barədə material yerləşdirib.

Misirin “Aldiplomasy”, “Dostor”, “Garbnews” internet nəşrləri isə Qoşulmama Hərəkatının oktyabrın 9-da videokonfrans formatında keçirilmiş Nazirlər səviyyəsində görüşünün iştirakçılarının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyi ifadə edilən xüsusi bəyanatını yayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.