01
Dekabr

1 Dekabr

BERNAMA agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb

Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb.

“Azərbaycan Ordusu 28 ildən sonra Laçın rayonuna daxil olub” adlı xəbərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla dekabrın 1-də Ordumuzun bölmələrinin bu rayona daxil olduğu barədə məlumat verilib.

Müdafiə Nazirliyinin məlumatından gətirilən sitatda deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistanın baş naziri...

01
Dekabr

1 Dekabr

Azərbaycan Ordusunun Laçına daxil olması Türkiyə mediasının baş xəbəridir

Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.

Televiziya kanallarıxəbər agentlikləri, o cümlədən...

01
Dekabr

1 Dekabr

İndoneziya saytı Laçın rayonunun Azərbaycana qaytarılmasından yazıb

İndoneziyanın “katantt.com” saytı noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb.

Yazıda Ermənistan tərəfindən 28 il işğalda saxlanılan rayonun Azərbaycana qaytarıldığı bildirilir.

Qeyd edilir ki, həmin rayon Azərbaycan Ordusunun cəbhədə qazandığı böyük qələbədən sonra imzalanan bəyanata əsasən yenidən Azərbaycanın tərkibinə qaytarılıb. Noyabrın 30-u ermənilərin leqal şəkildə Laçını tərk etməsi üçün son müddət...

01
Dekabr

1 Dekabr

Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xəbər Gürcüstan KİV-lərində geniş işıqlandırılıb

Laçın rayonunun işğaldan azad olunması və dekabrın 1-də Azərbaycan Ordusunun bölmələrinin Laçına daxil olması ilə bağlı xəbər Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir.

Ölkənin report.ge, interpress.ge, 24news.ge, aktual.ge və informasiya portallarında verilən materiallarda 28 ildən sonra Laçın rayonunun işğaldan azad olunması, Azərbaycan Ordusunun bölmələrinin rayona daxil olması və üçrəngli Azərbaycan bayrağının Laçında dalğalanması barədə oxuculara məlumat...

01
Dekabr

1 Dekabr

Özbəkistan portalları: Laçın rayonunda Azərbaycan bayrağı dalğalanır

Özbəkistanın “qalampir.uz”,” tnews.uz”,”kun.uz.uz” və “interpress.uz” portallarında Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması və bu şəhərdə Azərbaycan bayrağının dalğalanması haqqında materiallar verilib.

Qeyd olunur ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilib.

“tnews.uz” portalı yazır ki, işğaldan azad...

01
Dekabr

1 Dekabr

“Le Figaro” Laçının Azərbaycana qaytarılmasından yazıb

Fransanın “Le Figaro” qəzeti Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması barədə xəbəri dərc edib.

Yazıda noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Laçın rayonunun Azərbaycana geri qaytarıldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadən dərc olunan xəbərdə noyabrın 10-da imzalanan birgə bəyanatdan bəhs olunur, Kəlbəcər və Ağdamdan sonra dekabrın 1-də...

01
Dekabr

1 Dekabr

İspaniya portalı: Kəlbəcərdəki tarixi abidələr - məscidlər, kilsələr Azərbaycanın böyük sərvətidir

İspaniyanın böyük oxucu kütləsinə malik “Patrimonio Actual” internet portalında Azərbaycanın noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonu barədə məqalə dərc olunub.

Yazıda Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətinə istinad olunur. Bildirilir ki, Kəlbəcər Azərbaycanın qədim torpağıdır və ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonlarından biridir.

Xüsusi olaraq vurğulanır ki, Kəlbəcərdəki tarixi abidələr - həm məscidlər,...

01
Dekabr

1 Dekabr

Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb

Kolumbiyanın nüfuzlu “NTN24” televiziya kanalının “El mundo a esta hora” verilişində Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanata dair reportaj, bu ölkədəki səfirimiz Məmməd Talıbovun mövzu ilə əlaqədar müsahibəsi yayımlanıb.

Diplomat müsahibədə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların 30 ilə yaxın Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və 1 milyon azərbaycanlının etnik təmizləməyə məruz qalaraq...

01
Dekabr

1 Dekabr

“Associated Press” Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən yazır

“Associated Press” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin erməni işğalından azad edilmiş Kəlbəcər rayonunun yenidən bərpa ediləcəyi ilə bağlı fikirlərinin əks olunduğu məlumat yayıb.

Məlumatda 44 günlük gərgin döyüşlərə son qoymuş üçtərəfli razılaşmaya əsasən Ermənistanın Azərbaycana qaytardığı Kəlbəcər rayonunun yenidən dirçəldiləcəyi barədə Azərbaycan Prezidentinin fikirləri yer alıb.

Dövlətimizin başçısı xalqa müraciəti zamanı söylədiyi bu fikirlər məlumatda əksini tapıb: “Biz Kəlbəcəri bərpa edəcəyik,...