01
Dekabr

Xarici media

Özbəkistan portalları: Laçın rayonunda Azərbaycan bayrağı dalğalanır

Özbəkistanın “qalampir.uz”,” tnews.uz”,”kun.uz.uz” və “interpress.uz” portallarında Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması və bu şəhərdə Azərbaycan bayrağının dalğalanması haqqında materiallar verilib.

Qeyd olunur ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilib.

“tnews.uz” portalı yazır ki, işğaldan azad olunan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri yerlə-yeksan olunub, bu şəhərlərdə bir dənə də olsun salamat bina, ev qalmayıb, infrastruktur məhv edilib. Kəlbəcər rayonunda isə evlər və meşələr yandırılıb.

Yazılarda sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatından söhbət açılır, Dağlıq Qarabağın tarixi haqqında məlumat verilir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.