01
Dekabr

Xarici media

“Le Figaro” Laçının Azərbaycana qaytarılmasından yazıb

Fransanın “Le Figaro” qəzeti Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması barədə xəbəri dərc edib.

Yazıda noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Laçın rayonunun Azərbaycana geri qaytarıldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadən dərc olunan xəbərdə noyabrın 10-da imzalanan birgə bəyanatdan bəhs olunur, Kəlbəcər və Ağdamdan sonra dekabrın 1-də Laçın rayonunun da Azərbaycanın nəzarəti altına keçdiyi qeyd edilir.

Altı həftə davam edən müharibədə Azərbaycan Ordusunun qazandığı uğurlar qeyd edilir, bir neçə rayonun məhz hərbi əməliyyatlar zamanı işğaldan azad edildiyi diqqətə çatdırılır.

Həmçinin bildirilir ki, birgə bəyanata əsasən Azərbaycana qaytarılan əraziləri tərk edən ermənilər evləri yandırıb və bütün infrastrukturu dağıdıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.