01
Dekabr

Xarici media

Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xəbər Gürcüstan KİV-lərində geniş işıqlandırılıb

Laçın rayonunun işğaldan azad olunması və dekabrın 1-də Azərbaycan Ordusunun bölmələrinin Laçına daxil olması ilə bağlı xəbər Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir.

Ölkənin report.ge, interpress.ge, 24news.ge, aktual.ge və informasiya portallarında verilən materiallarda 28 ildən sonra Laçın rayonunun işğaldan azad olunması, Azərbaycan Ordusunun bölmələrinin rayona daxil olması və üçrəngli Azərbaycan bayrağının Laçında dalğalanması barədə oxuculara məlumat verilir.

Foto və video görüntülərlə təqdim olunan materiallar Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.